GÖYGÖL, 4 avqust. TELEQRAF
Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2005-ci il təvəllüdlü Ruslan Bayramov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir.
İlkin məlumata görə, hadisə R.Bayramov yolu keçmək istəyərkən baş verib.
Faktla bağlı araşdırma başlanılıb.