ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp Rusiyaya qarşı iqtisadi təzyiqi artırmaq üçün yeni sanksiyalar paketi elan edəcəyini bildirib.
Onun sözlərinə görə, Kreml 10–12 gün ərzində Ukraynada atəşkəsə razılıq verməsə, ABŞ Rusiyaya və onunla ticarət edən ölkələrə qarşı sərt tədbirlər görəcək.
Trampın təklif etdiyi tədbirlər arasında bunlar var:
Rus nefti və qazını alan ölkələrə qarşı 100 faiz gömrük rüsumları, xüsusilə Çin və Hindistana;
İkincili sanksiyalar – Rusiyanın enerji məhsullarını alıb satmağa davam edən tərəfdaş ölkələrin cəzalandırılması;
ABŞ Senatında təqdim olunan yeni qanun layihəsində bu tariflərin 500 faizə qədər artırılması ehtimalı.Trampın nümayəndəsi bu məqsədlə yaxın günlərdə Moskvaya səfər edəcək. Tərəflər arasında danışıqlar avqustun 8-dək davam etməlidir.
//Samir Qurbanov, Editor.az