Bakı. Trend:
Luis Katz Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, PSAT1geninin aktivləşdirilməsi infarkt keçirmiş böyüklərdə ürəktoxumalarının regenerasiyasını işə salır.
Trend xəbər verirki, bu haqda tədqiqatın nəticələri “Theranostics” jurnalında dərcolunub.
PSAT1 geni döl inkişafı dövründə hüceyrələrin böyüməsindəiştirak edir, lakin böyüklərdə demək olar ki, qeyri-aktiv olur.Alimlər bu geni ehtiva edən modifikasiya olunmuş mRNT hazırlayıb vəinfarktdan dərhal sonra siçanların ürək toxumalarınayeridiblər.
Bu, kardiomiositlərin (miokardın əzələ hüceyrələri) bölünməsiniaktivləşdirib, toxumaların çapıqlanmasını azaldıb və yeni qandamarlarının yaranmasına səbəb olub. Nəticədə heyvanların ürəkfunksiyası əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Alimlərin izahına görə, PSAT1 serin sintezini işə salır – buamin turşusu hüceyrələri stressdən qorumaqda və DNT-nin bərpasındamühüm rol oynayır. Mexanizmin əsas halqası regenerasiyaproseslərini işə salmaq qabiliyyəti ilə tanınan YAP1 zülalı olub.Onsuz PSAT1-in təsiri itirdi.
Tədqiqatda istifadə olunan modRNA (modifikasiya olunmuş matrisRNT) texnologiyası əvvəllər COVID-19-a qarşı mRNT peyvəndlərininhazırlanmasında tətbiq olunmuşdu. Alimlərin sözlərinə görə, butexnologiya genetik materialı hüceyrələrə DNT-ni dəyişmədənçatdırmağa imkan verir və potensial riskləri azaldır.