AZ

Vinisius "Real"a tələb irəli sürdü

"Real Madrid" və Vinisius Junior arasındakı müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar dayanıb. Metbuat.az xəbər verir ki, tərəflər məvacib məsələsində anlaşa bilməyib. İddia edilir ki, Vinisius illik 20 milyon avroluq maaş təklifini qəbul etməyin onun transfer dəyərinə uyğun gəlməyəcəyini bildirib. Vinisiusa yaxın mənbələr oyunçunun mövsümdə 25 milyon avrodan çox məvacib tələb etdiyini irəli sürüb.

İddialara görə, onun tələbi klubdakı digər futbolçular, xüsusən də Kilian Mbappenin aldığı məvacibə əsaslanmır, futbolçu layiq olduğu maaşı tələb edir.

Seçilən
3
metbuat.az

1Mənbələr