AZ

Suya borcu olanlara ŞAD XƏBƏRVİDEO

Sudan istifadəyə görə yığılmış borcu hissə-hissə də ödəmək mümkün olacaq...

Bunu "Xəzər Xəbər"ə açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşı Günay Abdurahmanova deyib.

O bildirib ki, yeni qərarla su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə maddi imkanı olmayan abunəçilər borclarını hissəli qaydada ödəyə biləcəklər. Prosesin necə həyata keçirilicəyi ilə bağlı da məlumat verən qurum rəsmisi bildirib ki, bu zaman suyun verilişi dayandırılmır.

Borcun bağlanması üçün kimlərinsə yalan vədlər verə biləcəyi ilə bağlı da vətəndaşlara xəbərdarlıq edilib. Qurumun rəsmisi vurğulayıb ki, proses yalnız rəsmi qaydada idarələrdə icra edilə bilər.

Borcla bağlı bütün məlumatlar da elə abonent bazasında əks olunur, - deyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
4
xezerxeber.az

1Mənbələr