Azyaşlı xəstəxanada dünyasını dəyişib.
Xezerxeber.az xəbər verir ki, hadisə Sumqayıtda baş verib.
Məlumata görə, dünyasını dəyişən 6 aylıq Alparslan Cəfərlidir. Körpənin vəziyyəti qəfil pisləşdiyindən o, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına aparılıb. Ağır vəziyyətdə olan körpə dərhal Reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər tərəfindən göstərilən intensiv tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.