AZ

Günvurma ilə bağlı müraciətlər çoxalır- XƏBƏRDARLIQVİDEO

Yay fəsli girəndən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə günvurma ilə əlaqədar çoxsaylı müraciətlər daxil olur.

Xezerxeber.az xəbər verir ki, günvurma ilə xəstəxanalara müraciət edənlər arasında azyaşlılar da var.

Həkim-terapevt Samirə Qəribova deyir ki, günvurmanın ağırlığına görə yüngül, orta və ağır olmaqla 3 dərəcəsi var.

Həkim bildirir ki, uşaqlar və yaşlılar səhər saat 11-dən axşam saat 5-ə qədər günəş altında gəzməməlidirlər.

Günvurmadan qorunmaq üçün həkimlər çölə çıxarkən daha çox açıq rəngli, xüsusən ağ rəngdə olan geyimlər geyinməyi tövsiyə edirlər. Çünki tünd rənglər günəş şüalarını özünə çəkdiyi üçün günvurma təhlükəsi artır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
7
xezerxeber.az

1Mənbələr