Biri ayağına iynə vurur, digərləri isə onun ətrafında toplaşıb.
Xezerxeber.az xəbər verir ki, görüntülər Yasamal rayonu, Balababa Məcidov küçəsində yerləşən yarımtikilidə qeydə alınıb. Videonun sosial şəbəkələrdə yayılması böyük ictimai narahatlığa səbəb olub. Aparılan araşdırmalar nəticəsində həmin şəxslər müəyyən edilərək saxlanılıblar. Onların əvvəllər məhkum olunmuş Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev olduqları bildirilib. Həmin şəxslər məsuliyyətə cəlb ediliblər.
Ərazidə yaşayan şəxslər deyir ki, əvvəllər qorxudan məhləyə çıxa bilmirdilər. Amma indi hər yer təmizlənib.
Elə bizdə həmin ərazinin tamamilə təmiz olduğunun şahidi olduq.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.