AZ

Sürücülərin NƏZƏRİNƏ! – Bu yolda sürət həddi azaldılıbVİDEO

30 iyuldan etibarən Lökbatan dairəsindən Ələtə qədər olan magistral yolda maksimal sürət həddi rəsmi olaraq azaldılıb. Əvvəl 110 km/saat olan bu yolda artıq 90 km/saat sürət həddi tətbiq olunur. Bəzi ərazilərdə isə sürət həddi 70 km/saat-a qədər endiriləcək. Bu barədə həm yol nişanlarında dəyişikliklər edilib, həm də dövlət qurumları tərəfindən sürücülərə xəbərdarlıq olunub.

Lakin mobil naviqasiya tətbiqləri, xüsusilə Azərbaycanda geniş istifadə olunan "Vaze" proqramı bu dəyişiklikləri hələ tam olaraq əks etdirmir. Hazırda proqram bəzi hissələrdə hələ də 110 və ya 90 km/saat sürət həddi göstərir. Hətta sosial şəbəkələrdə paylaşım edən bəzi sürücülər bu səbəbdən radara düşdüklərini bildirərək istifadəçilərə xəbərdarlıq ediblər.

Xezerxeber.az-ın xəbərinə görə, nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, sürücülər real nişanlara deyil, tətbiqin göstəricilərinə əsaslanaraq hərəkət etdikdə, radar və kameralar vasitəsilə cərimələnə, hətta qəza riski ilə üz-üzə qala bilərlər.

Bu halın qarşısını almaq üçün ekspertlər və aidiyyəti qurumlar sürücülərə çağırış edirlər. Yolda yalnız tətbiqlərə güvənməyin, gözünüzü real yol nişanlarından çəkməyin.

Bütün hallarda sürücülər mobil tətbiqlərin məlumatlarını yalnız əlavə köməkçi vasitə kimi istifadə etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
15
1
xezerxeber.az

2Mənbələr