AZ

Komandanı tərk etməyəcək - 90 milyon avroya satmağa hazır idilər, ancaq...

Rodriqo yay transfer dövründə “Real”ı tərk etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Braziliyalı vinger bu gün komanda ilə məşqlərə qoşulacaq və yeni mövsümün hazırlıqlarına start verəcək.

Daha öncə KİV-də “Arsenal” və “Tottenhem”in 24 yaşlı futbolçuya maraq göstərdiyi bildirilirdi. “Real” rəhbərliyi Rodriqonu 90 milyon avroya satmağa hazır idi, ancaq heç bir rəsmi təklif daxil olmayıb.

Rodriqonun “Real”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Klub onun xidmətindən razıdır və o, hücum xəttində önəmli rol oynamağa davam edəcək.

Seçilən
2
sportinfo.az

1Mənbələr