110 ölkənin iştirak etdiyi beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan heçbir medal qazanmayıb.
Söhbət Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasından gedir. Yekun nəticələrə əsasən Çin 6 qızılla siyahıya liderlik edir. Bununla yanaşı siyahıda 6 medalla Türkiyə, İran, Qazaxıstan , 5 medalla Özbəkistan, Qırğızıstan da var.
Bəs Azərbaycanın keçirilən fənn olimpiadasında heç bir medal qazanmamasına səbəb nədir?
Xezerxeber.az-ın xəbərinə görə, təhsil ekspertləri bildirir ki, ölkədə fənn olimpiadalarının keçirilməsinə dövlət tərəfindən xüsusi dəstək göstərilsə də son bir neçə ildir ki nəticələr zəifdir.
Kamran Əsədov onu da bildirir ki, respublika olimpiadası qaliblərinin beynəlxalq olimpiadalara hazırlığı üçün peşəkar mütəxəssislər yetişdirmək lazımdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.