Bakıda itkin düşən 20 yaşlı Bayrızadə Şəfa Nüsrət qızı tapılıb.Metbuat.az xəbər verir ki, bu barədə Qafqazinfo.az-a onun yaxınları məlumat verib. Belə ki, Buzovna qəsəbəsində polis əməkdaşları ailəyə zəng edərək Şəfa Bayrızadənin tapıldığını bildiriblər.Qeyd edək ki, gənc qız ötən ayın 28-də gecə saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmamışdı.Ş.Bayrızadə evli olub və bir övladı var.