NATO-nun baş katibi Mark Rutte Hollandiyanın ABŞ-dan Ukrayna üçün 500 milyon avroya silah almaq qərarını alqışlayıb və digər alyans ölkələrini Amsterdamdan nümunə götürməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini NATO-nun mətbuat xidməti sitat gətirib.
“Mən bütün NATO müttəfiqlərinə məktub yazaraq onları bu yükün bölüşdürülməsi təşəbbüsünə töhfə verməyə çağırdım və digər müttəfiqlərdən də yaxın gələcəkdə daha mühüm bəyanatlar gözləyirəm”, - Rutte bildirib.
Məryəm Quliyeva