AZ

"Çelsi" Klublararası Dünya Çempionunun nişanı ilə yeni formasını təqdim etdi - FOTO

"Çelsi" klubu 2025-ci il Klublararası Dünya Çempionatının qalibi kimi xüsusi nişanlı forma dəstini təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, London klubu "X" hesabında paylaşdığı fotoda mavi rəngli formanı nümayiş etdirib. Formanın sinə hissəsində, mərkəzdə, dairəvi formada "Dünya Çempionları 2025" nişanı yer alıb.

"Çempionlar – dünya səviyyəsində", – deyə klubun mətbuat xidməti paylaşımı şərh edib.

Xatırladaq ki, ABŞ-da keçirilən Klublararası Dünya Çempionatının finalında Enzo Mareskanın başçılıq etdiyi "Çelsi" komandası Fransa təmsilçisi PSJ-ni 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Bu, London klubunun 2024/2025 mövsümündə qazandığı ikinci titul olub – komanda daha əvvəl UEFA Konfrans Liqasının qalibi olmuşdu.

Digər tərəfdən, məğlub tərəf olan PSJ mövsümdə beşinci titul şansını əldən verib.

Seçilən
4
90deqiqe.az

1Mənbələr