AZ

Rusiya Xarkova atdığı raketlə azərbaycanlı sahibkarın istirahət mərkəzini dağıtdıVİDEO

Həmyerlimizin bir vaxtlar Xarkovun ən böyük istirahət məkanlarından biri olan "Cənnət Bağı" istirahət mərkəzi Rusiya ordusunun zərbələri nəticəsində xarabalığa çevrilib.

Xezerxeber.az xəbər verir ki, əslən Azərbaycanın Şəki şəhərindən olan Rafiq Qədirov 1986-cı ildən Xarkovda yaşayır. 30 ildən çoxdur ki, burada biznes fəaliyyəti ilə məşğul olub. Xarkovda ən böyük istirahət mərkəzlərindən, o cümlədən ən böyük avtobus parklarından birinə sahib olub.

Lakin, ardıcıl raket zərbələri həmyerlimizin bütün həyatını alt-üst edib.

Belə ki, Xarkov şəhərinin Rusiya ilə sərhəd istiqamətində yerləşən əmlakına müxtəlif vaxtlarda endirilən raket zərbələri bütün obyekti sözün əsl mənasında viran qoyub.

Həmyerlimiz Rusiya ordusunun atdığı raketlərdən birinin hələ də istirahət mərkəzinin hovuzunda olduğunu deyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
2
xezerxeber.az

1Mənbələr