Yüzlərlə ailə içməli suya həsrət qalıb...
Xezerxeber.az-ın xəbərinə görə, son iki aydır ki, İsmayıllı rayonunun Məhəmməd Əsədov, Tofiq İsmayılov və Koroğlu məhəllələrində yaşayan yüzlərlə ailə içməli sudan məhrumdur.
Suyun bu qədər uzun müddət olmaması sakinlərin işini əngələ salıb.
İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən “Xəzər Xəbər”ə bildilib ki, İsmayıllı şəhəri ərazisində yerləşən 1 nömrəli su anbarının xidmət ərazisində yaşayan əhalinin su təchizatında yaranmış fasilələrin əsas səbəbi yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar suya olan tələbatın kəskin artmasıdır. Bununla yanaşı, şəhəri içməli su ilə təmin edən və Xanəgah kəndi ərazisindən keçən 'Qız Qalası' su mənbəyindən qidalanan Xanəgah-İsmayıllı magistral su xəttində baş vermiş qəzaların aradan qaldırılması ilə bağlı təmir-bərpa işləri aparılır. Bu səbəbdən su təchizatında müvəqqəti fasilələr yaranıb.Hazırda mövcud çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Yaxın günlərdə su təchizatının bərpa olunaraq sabitləşdirilməsi nəzərdə tutulur.
Onuda qeyd edək ki, aidiyyəti qurumlarla əlaqə saxladıqdan sonra su olmayan məhəllələrə maşınlarla suyun çatdırılmasına başlanılıb. Eyni zamanda, su xəttində qəza baş verən ərazidə təmir-bərpa işlərinə start verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.