AZ

Azərbaycan günəş enerji istehsalını artıra bildiVİDEO

Bu ilin ilk yarısında Azərbaycanda günəş enerji istehsalı 3.5 dəfə artıb.

Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Vüqar Bayramov deyir ki, günəş enerjisi istehsalı rekord səviyyədə artaraq 315 milyon  kiloVat saat olub. Bu isə  ondan xəbər verir ki, bərpa olunan mənbələrdən enerji istehsalında artımlar var.

Bütövlükdə bərpa olunan, eyni zamanda ümumi enerji istehsalında da artımlar qeydə alınıb.

Əksər inkişaf etmiş ölkələrdə ev təsərrüfatları və icmalar bərpaolunan mənbələrdən, o cümlədən külək və günəş enerjisi istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Bunun Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı, vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər.

Millət vəkili bildirib ki, bərpaolunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji zonasının genişlənməsinə dəstəkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
8
xezerxeber.az

1Mənbələr