AZ

ABŞ-a viza almaq üçün 15 mindollara qədər zəmanət tələbi tətbiq edilə bilər

ABŞ Dövlət Departamenti bəzi ölkələrin vətəndaşları üçün viza müraciətlərində yeni maliyyə tələbləri tətbiq etməyə hazırlaşır.

Marja.az ABŞ Dövlət Departamentinin açıqlamasına istinadən xəbər verir ki, , nazirlik müəyyən ölkələrdən ABŞ-a edilən viza müraciətlərində əlavə maliyyə öhdəlikləri tətbiq etməyi planlaşdırır.

Çərşənbə axşamı yayımlanacağı gözlənilən hüquqi tənzimləməyə əsasən, işgüzar və turist vizalarına müraciət edən bəzi ölkələrin vətəndaşlarından 5.000, 10.000 və ya 15.000 ABŞ dolları məbləğində “depozit” (zaminlik haqqı) ödəmələri tələb oluna bilər.

Sözügedən sənəddə qeyd olunur ki, “viza müddətini aşma halları yüksək olan ölkələrin vətəndaşları, təhlükəsizlik baxımından kifayət qədər məlumat təqdim etməyən və ya investisiya yolu ilə vətəndaşlıq təklif edən ölkələrin vətəndaşları bu pilot proqram çərçivəsində nəzərdən keçirilə bilər.”

Departamentin açıqlamasında bildirilib ki, bu tətbiqin məqsədi ABŞ-a səfər etmək istəyən şəxslərin tələb olunan maliyyə öhdəliklərini yerinə yetirib-yetirmədiklərini müəyyənləşdirmək, həmçinin bu yolla bəzi müraciətçilərin ABŞ-a giriş prosesini daha nəzarətli şəkildə həyata keçirməkdir.

Yeni qaydaların hansı ölkələrə şamil olunacağı və konkret detallar sabah – yəni rəsmi sənəd dərc edildikdən sonra ictimaiyyətlə paylaşılacaq.

Seçilən
14
marja.az

1Mənbələr