AZ

Qurban Qurbanovdan püşk açıqlaması - İkisindən biri olacaq

BAKI, 4 avqust. TELEQRAF

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqiblərini dəyərləndirib.

Teleqraf-ın məlumatına görə, 53 yaşlı mütəxəssis bu barədə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında açıqlama verib.

Qurbanov istənilən halda, Bolqarıstanın “Lüdoqorets” və Macarıstanın “Ferentsvaroş” klublarından biri ilə qarşılaşacaqlarını deyib:
“Qalib gəlsək də, məğlub olsaq da pley-offda rəqibimiz ikisindən biri olacaq. Hər iki kluba qarşı oynamışıq. Ciddi komandalardır. Həm azarkeş baxımından maraqlı oyun olacaq, həm də komandalarla bir-birimizi tanıyırıq. Yəqin ki, bizə bu rəqiblər barədə daha çox düşünmək, onları yaxşı analiz etmək lazım olacaq. "Şkendiya" ilə oyunları keçirək, sonra daha ətraflı düşünə bilərik”.

Qeyd edək ki, avqustun 5-də Skopyedə keçiriləcək “Şkendiya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

Seçilən
120
50
teleqraf.com

10Mənbələr