AZ

30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salındı

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Azərbaycana yola salınıb.

Bakues.az xəbər verir ki, Ukraynanın müxtəlif bölgələrindən 30 ukraynalı uşaq Moldovanın paytaxtı Kişineuya göndərilib. Azərbaycanın Moldovadakı səfirliyinin əməkdaşları ukraynalı uşaqları qarşılayaraq onları Bakıya yola salıblar.

Onlar reabilitasiya məqsədilə Azərbaycanda müvafiq proqramlarda iştirak edəcəklər.

Qeyd edək ki, indiyədək 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib

Seçilən
39
6
icma.az

10Mənbələr