AZ

Mourinyo “Mançester Yunayted”in vingerini “Fənərbağça”ya gətirmək istəyir

 “Mançester Yunayted”in gənc vingeri Alexandro Qarnaço karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Milliyet"ə istinadən yaydığı məlumata görə, “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo 21 yaşlı futbolçunu heyətində görmək istəyir. İstanbul təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. “Fənərbağça” argentinalı futbolçu üçün 45 milyon avro təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Qarnaço hazırda “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimin planlarına daxil deyil. Futbolçunun yay transfer pəncərəsi bağlanmazdan əvvəl “Çelsi”yə keçmək istədiyi də daha əvvəl mediada yer almışdı.

Qarnaço hazırda “Mançester Yunayted”lə 2028-ci ilin ortalarına qədər qüvvədə olan müqaviləyə malikdir.

Seçilən
14
90deqiqe.az

1Mənbələr