“Vilyarreal” PSJ-nin yarımmüdafiəçisi Karlos Solerin transferi üçün danışıqlara başlayıb.
İdmanxeber.az xəbər verir ki, 28 yaşlı ispaniyalının La Liqaya uyğun oyun üslubu klubun diqqətini cəlb edib. O, ötən mövsümü “Vest Hem”də icarədə keçirib.
Futbolçunun PSJ ilə müqaviləsi 2027-ci ilə qədərdir.