Əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədov məşhur amerikalı boksçu Məhəmməd Əli haqqında fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, Həbibin sözlərini “Red Corner MMA” sitat gətirib.
“Məhəmməd Əli son 100 ildə Yer kürəsinin ən böyük idmançısıdır. Floyd Meyvezerə bir insan kimi baxın – heç kim onun kimi olmaq istəmir. Və Məhəmməd Əliyə baxın. O, artıq yoxdur, lakin təkcə müsəlmanları deyil, bütün dünyada milyardlarla insanı ruhlandırdı”, – Həbib bildirib.