AZ

Britaniyada yarım metrlik siçovul TUTULDU – FOTO

Britaniyada yarım metrlik siçovul tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə “Telegraph” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

İngiltərənin şimalında bir evdə uzunluğu yarım metrdən çox olan və İngiltərədə ən böyük hesab edilən siçovul tutulub.

O, bütün ölkədə ən böyüyü kimi tanınıb

Gəmirici Şimali Yorkşirin Normanbi bölgəsində zərərvericilərlə mübarizə üzrə mütəxəssis tərəfindən aşkar edilib.

Siçovul burnundan quyruğunun ucuna qədər 22 düym (55,88 santimetr) ölçüdə olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr