Gecələr qarpız yemək qlükoza səviyyəsinin kəskin artmasına, toxumalarda artıq mayenin yığılmasına, şişkinliyə və yuxusuzluğa səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bunu həkim Yekaterina Demyanovskaya RİA “Novosti”yə bildirib.
O qeyd edib ki, şəkərli diabet və şəkərə qarşı həssaslığı olan insanlar xüsusi risk altındadır.
“Gecələr qarpız yeməmək üçün digər səbəbi onun sidikqovucu təsiridir. Yataqdan əvvəl çox miqdarda maye qəbulu böyrəklərdə yüklənmə yaradır və tez-tez tualetə getmək səbəbiylə şişkinlik və ya yuxusuzluğa səbəb ola bilər”, - Demyanovskaya xəbərdarlıq edib.
Mütəxəssis günün birinci yarısında qarpız yeməyi məsləhət görüb.
QAZİLER.AZ