Hindistan ABŞ Prezidenti Donald Trampın tarifləri artırmaqla bağlı hədələrinə cavab verib.
"Unikal" xəbər verir ki, rəsmi Dehli bu addımı “əsassız və ağılsızlıq” adlandırıb və milli maraqlarını, iqtisadi təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atacağını bildirib.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval bildirib ki, Hindistan Ukrayna münaqişəsi başlayandan bəri Rusiya xam nefti idxal etdiyinə görə ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən hədəfə alınıb:
"Bu fonda Hindistanı hədəf almaq əsassız və ağılsızlıqdır. İstənilən böyük iqtisadiyyat kimi Hindistan da öz milli maraqlarını və iqtisadi təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atacaq".