AZ

Finlandiya prezidenti Trampla telefonla danışıb

Finlandiya prezidenti Alexander Stubb ABŞ prezidenti Donald Trampla telefon danışığı apardığını bildirib.

Ucnoqta.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Mən indicə ABŞ prezidenti Donald Trampla telefonda danışdım. Biz Ukraynada...  müzakirə etdik. Prezident Trampın təyin etdiyi atəşkəs müddəti yaxınlaşır", - o deyib.

Stubbın sözlərinə görə, Finlandiya atəşkəsə nail olmaq üçün bütün səyləri dəstəkləyir. O qeyd edib ki, uzunmüddətli perspektivdə danışıqlar davamlı və ədalətli sülhə gətirib çıxarmalıdır.

Prezident Amerika lideri ilə buzqıran gəmiləri müzakirə etdiyini vurğulayıb. Stubb əlavə edib ki, buzqıran gəmilərin sürətli və etibarlı qurulması üçün lazımi bilik və təcrübəyə malikdir.

Seçilən
3
ucnoqta.az

1Mənbələr