AZ

"Mingəçevir" başladı

1-ci Liqa təmsilçisi "Mingəçevir" məşqlərə başlayıb.

Fanat.Az-a klubdan verilən məlumata görə, "şəhərlilər"in axşam məşqində həm yeni mövsümə bu komandada başlayacağı dəqiqləşən, həm də baxışda olan futbolçular iştirak edib.

Komandaya yaxın günlərdə daha bir neçə oyunçunun qoşulacağı gözlənilir. 

Xatırladaq ki, ötən mövsüm qarşısına liqada qalmaq tələbi qoyulan "Mingəçevir" Füzuli Məmmədovun rəhbərliyi altında mübarizəni 35 xalla 4-cü pillədə tamamlayıb. "Şəhərlilər" mövsümün ikinci yarısında 29 xal toplayıblar. Mövsüm başa çatandan sonra rəhbərlik baş məşqçi ilə yolları ayıraraq komandanı Ramiz Məmmədova tapşırıb.

Mirağa

Seçilən
5
fanat.az

1Mənbələr