AZ

Valideynlərin nəzərinə! 18:00 da bitəcək

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avqustun 5-də 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.

Milli.Az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilir ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 5 avqust saat 15:00, 10-cu siniflər üçün isə 12 avqust saat 11:00-dan aktivləşdiriləcək.

Yerdəyişmə prosesi imtahanla həyata keçirilən müəssisələr üzrə imtahanlar 16-17 avqust tarixlərində həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməyini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilər.

Qeyd edək ki, proses 20 avqust 18:00-a qədər davam edəcək.

İmtahanla yerdəyişmə həyata keçirilən müəssisələrlə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
2
news.milli.az

10Mənbələr