AZ

Bu həftə Rusiya Ukrayna müharibəsi yekunlaşacaq Yermakdan SENSASİYA

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Dünya bu həftə Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dayandırmaq şansı əldə edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.

“Bu həftənin sonunda dünya ölkələri Putinin Ukraynaya qarşı apardığı müharibəni dayandırmaq şansı əldə edə bilər. Prezident Donald Tramp açıq şəkildə bildirdi ki, Rusiya dərhal danışıqlar masasına əyləşməsə, tezliklə ciddi nəticələrlə üzləşəcək. Ötən həftə ABŞ prezidenti Putinə şəksiz siqnal göndərdi. Bu siqnallar müharibəni dayandırmaq üçün qətiyyətli addımlarla dəstəklənməlidir. Trampın Rusiyaya ultimatumu vacibdir və Ukrayna onun qətiyyətini yüksək qiymətləndirir. Bununla bağlı Kiyev konkret addımlar təklif edir: Rusiyanın strateji aktivlərinə, o cümlədən Rosatom və Roskosmos-a zərbə endirmək, Qərb tərəfdaşları ilə əməkdaşlıqdan tam təcrid etmək, Rusiyanın maliyyə damarlarını bağlamaq lazımdır”, – Yermak vurğulayıb.

Xatırladaq ki, daha öncə ABŞ-ın baş diplomatı Con Kelli BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Tramp avqustun 8-dək Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün saziş bağlamaq istəyir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
globalinfo.az

1Mənbələr