Xorvatiya çempionatında 2025/26 mövsümünə start verilib.
Futbolpress.az xəbər verir ki, azərbaycanlı futbolçunun çıxış etdiyi “Varazdin” ilk oyuna çıxıb. Sözügedən komanda azarkeşləri önündə “Qoritsa” ilə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 1:1.
Rüfət bu oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.
Abdullazadə bu yay “Varazdin”lə 3 illik müqavilə imzalayıb.