Hava gəmisində aeronavqasiya işıqları müvafiq qaydada quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.
Qırmızı işıqlar müşahidəçilərə zərərli qamaşdırıcı təsir göstərməməlidir.
Bu işıqlar toqquşmaların qarşısını almaq üçün əlavə tələbləri yerinə yetirməlidir.
Uçuş zamanı işıqlar xüsusi hallardan başqa hər zaman yandırılmalıdır.