Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İrlandiyanın "Kerri" futbol klubu zimbabveli müdafiəçisi Şeyn Marudza ilə müqaviləni birtərəfli qaydada ləğv edib.
Oxu.Az "Pundit Arena" portalına istinadən xəbər verir ki, səbəb müdafiəçinin supermarketdən oğurluq etməsidir.
Qeyd olunur ki, futbolçu ilə müqavilə dörd gün əvvəl imzalanıb. İrlandiya klubu Şeyn Marudza ilə bərabər, komandanın qapıçısı Matias Randriamami ilə də müqaviləyə xitam verilib.
"Təəssüf ki, onların dəyər və prinsipləri klubun standartlarına uyğun gəlmir", - klubun mətbuata açıqlamasında qeyd olunur.
Qapıçının da Ş.Marudza ilə oğurluqda iştirak etdiyi bildirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.