AZ

Bu yay özünə yeni klub tapmaq istəyir Millinin sabiq yarımmüdafiəçisi

İngiltərə millisinin və “Tottenhem”in sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını bitirmək niyyətində deyil.

Son günlər Allinin futboldan ayrılacağı ilə bağlı məlumatlar yayılmışdı.

Sportinfo.az “Times Sport”-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu mübarizəni davam etdirmək və bu yay yeni klub tapmaq istəyir.

Dele Alli yanvarda İtaliyanın “Komo” klubuna keçsə də, yalnız bir dəfə meydana çıxıb və o görüşdə də əvəzləmədən oyuna daxil olduqdan sonra qırmızı vərəqə alıb.

Baş məşqçi Sesk Fabreqas onun üzərində artıq plan qurmadığı üçün o, hazırda fərdi qaydada məşq edir.

İngiltərəli futbolçunun klubla müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatacaq. Buna baxmayaraq, o, hələ də futbola olan marağını və qayıtmaq istəyini qoruyur.

Seçilən
13
sportinfo.az

1Mənbələr