Bakı. Trend:
Fransa polisi iyulun 27-də Eks-an-Provens – Paris marşrutu üzrəhərəkət edən qatarda sərnişinləri soyaraq onlara məxsus 350 minavro dəyərində qızıl-zinət və şəxsi əşyaları oğurlayan şəxsisaxlayıb.
Trend-in “LaProvence” qəzetinə istinadla verdiyi məlumata görə, soyğunçuölkənin cənubundakı Herault departamentində avtomagistral üzərindəyerləşən pullu keçid məntəqəsində, “yol yoldaşı və üç uşağı ilətətilə yollandığı” zaman ələ keçirilib.
Nəşr qeyd edir ki, Fransa dəmir yollarına bu hadisə nəticəsindərekord məbləğdə ziyan dəyib.
BFMTV-nin iyulun 30-da yaydığı məlumata əsasən,Eks-en-Provensdən Parisə gedən qatarda bir neçə sərnişin budəstənin hücumuna məruz qalıb və ümumilikdə 350 min avro dəyərindəşəxsi əşyaları itiriblər.