AZ

ABŞ də vizaların verilməsi üzrə pilot proqram başlanılır

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ əcnəbilərə 15 min dollara qədər nağd pul girovu qarşılığında ölkəyə giriş vizalarının verilməsi üçün pilot proqrama başlayır.

Oxu.Az bildirir ki, bu barədə Dövlət Departamentinin bildirişində deyilir.

Məlumata görə, proqram yalnız işgüzar və turist vizalarının (B-1 və B-2 kateqoriyaları) verilməsinə və ölkəyə daxil olduqdan sonra ABŞ-də icazə verilən qalma müddətini qanunsuz aşanların əhəmiyyətli hissəsinin qeydə alındığı ölkələrin vətəndaşlarına şamil edilir.

Ehtimal olunur ki, girov onu ödəyən şəxs ABŞ-ni vaxtında tərk etdikdən sonra tam şəkildə geri qaytarılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
oxu.az

1Mənbələr