Oxu.az saytına istinadən ain.az xəbər verir.
Yağışlı havada avtomobil idarə etmək daha çox diqqət tələb edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi sürücüyə yardımçı sistemlər belə hava şəraitində təhlükə mənbəyinə çevrilə bilər.
Oxu.Az xəbər verir ki, pravda.ru-nun avtomobil ekspertləri bununla bağlı öz tövsiyələrini veriblər.
Onların sözlərinə görə, avtomobil elektronikası yağış və sürüşkən yollarda hər zaman düzgün işləməyə bilər.
Ekspertlər aşağıdakı altı funksiyadan istifadə zamanı sürücülərə ehtiyatlı olmağı tövsiyə edirlər:
Kruiz-kontrol - yaş yollarda avtomobilin sürətini sabit saxlaması nəzarətsiz sürətlənməyə və sürüşməyə səbəb ola bilər.
Duman faraları - ön fənərlər yağışda effektiv deyil, arxa fənərlər isə arxadan gələn sürücünü kor edə bilər.
Avtomatik klimat-kontrol - bu sistem bəzən salonun buxarlanmasına vaxtında reaksiya vermir.
Avtomatik şüşətəmizləyicilər - zəif yağışda və ya çirkli şüşədə düzgün işləməyə bilər.
Tez qızdırılan ön şüşə - soyuq havada birdən qızdırılsa, çatlara səbəb ola bilər.
Avtomatik sürət qutusu - sürüşkən yollarda düzgün ötürmə seçmədiyindən nəzarəti çətinləşdirə bilər.
Buna görə, mütəxəssislər tövsiyə edirlər ki, çətin hava şəraitində sürücülər avtomatik sistemlərə tam arxalanmasın və idarəetməni mümkün qədər öz üzərinə götürsün.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.