BAKI, 5 avqust. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri (HHQ) Yəmən ərazisindən buraxılan raketi vurub.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.
"Ölkənin bir neçə bölgəsində hava həyəcanı siqnalları işə salındıqdan sonra HHQ Yəməndən buraxılan bir raketi vurub", - bəyanatda deyilir.
Həyəcan siqnallarının protokola uyğun olaraq aktivləşdirildiyi bildirilir.