AZ

ABŞ 15 min dollarlıq girov qarşılığında viza verilməsi proqramına başlayır

Bakı. Trend:

ABŞ Dövlət Departamenti ölkəyə giriş vizalarının verilməsi üçün15 min dollara qədər nağd pul girovu tələb edən pilot proqramınbaşladığını açıqlayıb.

Trend xəbər verirki, bu barədə məlumat Dövlət Departamentinin yaydığı bildirişdə yeralıb.

Yeni proqram yalnız B-1 (işgüzar) və B-2 (turist)kateqoriyalarına aid vizalara şamil olunur. O, əsasən ABŞ-yə daxilolduqdan sonra icazə verilən qalma müddətini tez-tez pozanölkələrin vətəndaşlarını əhatə edəcək.

Bildirilir ki, tələb olunan girov məbləği şəxsin ABŞ-ni vaxtındatərk etməsi halında tam şəkildə geri qaytarılacaq.

Proqramın əsas məqsədi viza rejiminin pozulmasının qarşısınıalmaq və ABŞ-də qalma qaydalarına əməl edilməsini təşviqetməkdir.

Seçilən
8
az.trend.az

1Mənbələr