ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyanın şimalında bir evdə tutulan və uzunluğu yarım metrdən çox olan siçovul hazırda Britaniyada ən böyük siçovul sayılır.
Oxu.Az bildirir ki, bu barədə "Telegraph" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Məlumata görə, gəmirici Şimali Yorkşir qraflığının Normanbi rayonunda zərərvericilərə qarşı mübarizə üzrə mütəxəssislər tərəfindən aşkar edilib. Siçovulun ağzından quyruğunun ucuna qədər uzunluğu 22 düym (55,88 sm) təşkil edir.
Nəşr yazır ki, müxalif mühafizəkarların sözlərinə görə, yerli hakimiyyət orqanları siçovul basması problemini həll etmirlər və sakinlərin onlarla mübarizə xərclərini özlərinin ödəmələrini gözləyirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.