AZ

MLS-də transfer rekordu qırılacaq?

Son Hın-Minin “Tottenhem”dən “Los-Anceles” klubuna planlaşdırılan transferi MLS tarixində ən bahalı keçid ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “GiveMeSport” məlumat yayıb.

33 yaşlı hücumçu London klubundan ayrıldığını açıqladıqdan sonra ABŞ təmsilçisi ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib. Ardınca “Tottenhem”lə rəsmi danışıqlara start verilib.

Mənbənin məlumatına görə, “Tottenhem” və “Los-Anceles” Cənubi Koreya millisinin kapitanının transfer məbləği üzərində razılıq əldə ediblər. İngiltərə klubu bu keçiddən 20–26 milyon dollar arası gəlir əldə edəcək.

Əgər transfer baş tutarsa, bu, MLS-də indiyə qədər baş vermiş ən bahalı keçid olacaq. Qeyd edək ki, hazırkı rekord ötən qış “Atlanta”nın Emanuel Latte Lat üçün ödədiyi 22 milyon dollardır.

Seçilən
21
4
publika.az

8Mənbələr