Bakı. Trend:
İrlandiyanın “Kerri” futbol klubu zimbabveli müdafiəçi ŞeynMarudza ilə müqaviləni supermarketdən oğurluq etdiyi üçünbirtərəfli qaydada ləğv edib.
Trend-inməlumatına görə, futbolçu ilə müqavilə cəmi dörd gün əvvəlimzalanmışdı. Hadisədən sonra klub yalnız Marudza ilə deyil,oğurluqda onunla birlikdə iştirak etdiyi bildirilən komandanınqapıçısı Matias Randriamami ilə də yollarını ayırıb.
“Kerri” klubunun yaydığı açıqlamada bildirilib:
“Təəssüf ki, onların dəyər və prinsipləri klubun standartlarınauyğun gəlmir.”
Klub rəhbərliyi məsələ ilə bağlı əlavə şərh verməkdən imtinaedib.