AZ

ABŞ-a səfər etmək üçün əlavə 15.000 dollar tələb oluna bilər

ABŞ-a giriş vizası almaq üçün bəzi kateqoriyalı əcnəbilərə əlavə olaraq 15.000 dollar lazımdır...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Federal Reyestr məlumat bazasında yerləşdirilmiş bildirişində bildirilir.

Amerika hökuməti əcnəbilərə 15.000 dollara qədər nağd depozit altında Amerika giriş vizalarının verilməsi üçün pilot proqrama başlayır. Bu proqram yalnız işgüzar və turist vizalarının (B-1 və B-2 kateqoriyaları) verilməsinə və ABŞ-da icazə verilən qalma müddətlərini kütləvi şəkildə pozan ölkələrin vətəndaşlarına şamil edilir. Bundan əlavə, ölkəyə işgüzar və ya turist vizası ilə daxil olmaq istəyənlər Amerika konsulluqlarına özləri haqqında kifayət qədər məlumat vermədikdə nağd depozit tətbiq olunacaq.

Əcnəbi ABŞ-i vaxtında tərk etdikdən sonra əmanət tam olaraq geri qaytarılacaq. Konkret şəraitdən asılı olaraq əmanətin məbləği 5000, 10000 və 15000 dollar olacaq.

Proqram yaxın günlərdə baş tutacaq rəsmi nəşrdən sonra bir il müddətində həyata keçiriləcək.

Poliqon.info 

Seçilən
34
1
poliqon.info

10Mənbələr