BAKI, 5 avqust. TELEQRAF
Kamçatkada yerləşən Klyuçevskaya sopka vulkanında gün ərzində ikinci dəfə 7 kilometr yüksəkliyə çatan kül püskürməsi qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu “Telegram” kanalında məlumat yayıb.
"Partlayışlar Klyuçevskaya vulkanının külünü dəniz səviyyəsindən 7 kilometr yüksəkliyə qaldırıb. Kül şleyfi vulkandan şərq-cənub-şərq istiqamətində 490 km məsafəyə yayılıb", - məlumatda deyilir.
Qeyd edək ki, Klyuçevskaya vulkanı (Klyuçevskaya sopka) Avrasiyanın ən hündür fəaliyyətdə olan vulkanıdır.