60 yaşlı britaniyalı turistin sürüşmə xəbərdarlığına məhəl qoymamasına görə 14.000 avro ödəməli olub...
Poliqon xəbər verir ki, adam sürüşmə riski yüksək olduğundan cığırların bağlı olmasına baxmayaraq dağlara gəzintiyə çıxıb. Bu da italyan və ingilis dillərində xəbərdarlıq lövhələrində yazılıb.
Düşən daşlar britaniyalı turisti qorxuya salıb, o, təkbaşına geri qayıtmağa risk etməyib və cib telefonu ilə xilasetmə xidmətinə zəng edib.
Çətin hava şəraiti ilə əlaqədar xilasedicilər ümumilikdə 93 dəqiqə havada olan iki xüsusi helikopterdən istifadə etməyə məcbur olublar.
Əməliyyat başa çatdıqdan sonra xilas edilən turistə 14 225 avroluq hesab təqdim edilib ki, bunun da 11 160 avrosu helikopter uçuşlarına aiddir.
Poliqon.info