AZ

Kamçatkada iki vulkana "narıncı" aviasiya təhlükəsi kodu verildi

BAKI, 5 avqust. TELEQRAF

Klyuçevskaya sopka və Kraşeninnikov vulkanlarına "narıncı" aviasiya təhlükəsi kodu verildi.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Kamçatka diyarı üzrə baş idarəsi məlumat yayıb.

Klyuçevskaya sopkadan püskürən kül şleyfi cənub-şərq istiqamətində, Kraşeninnikovdan isə şimal-şərq istiqamətində Sakit okean tərəfə yayılıb. Kül şleyflərinin yayılma yolunda yaşayış məntəqələri yoxdur. Yaşayış məntəqələrində kül yağıntısı qeydə alınmayıb. Vulkanların ərazisində turistlərin olmadığı bildirilir.

Vulkanlara qalxmaq, həmçinin onların ətrafını ziyarət etmək tövsiyə olunmur.

Seçilən
55
teleqraf.com

1Mənbələr