AZ

Pələng zoopark baxıcısını parçaladı

BAKI, 5 avqust. TELEQRAF

İsraildə Yərusəlim Bibliya zooparkının əməkdaşı qaçmış pələngin qurbanı olub.

Teleqraf xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Yırtıcılarla işləyən komandaya rəhbərlik edən 36 yaşlı Uriel Nuri, ziyarətçilər üçün "pərdəarxası tur" zamanı ölümcül xəsarətlər alıb. Pələng qəfəsdən daxili həyətə çıxmağı bacarıb və həmin anda onun üçün qidalı oyuncaqlar hazırlayan baxıcını parçalayıb. Qoruyucu şüşənin arxasında olan ziyarətçilərin təhlükəyə məruz qalmadıqları bildirilir.

"İsrail polisi ilə birlikdə pələngin necə qaçdığını anlamaq üçün ətraflı araşdırma aparırıq", - müəssisənin bəyanatında deyilir.

Zərərçəkən Hadassa Tibb Mərkəzinin travmatologiya şöbəsinə çatdırılıb, lakin onu xilas etmək mümkün olmayıb. Uzunmüddətli reanimasiya tədbirləri nəticə verməyib.

Seçilən
19
teleqraf.com

1Mənbələr