Bakı. Trend:
Yaponiyada hökm sürən isti hava dalğası bu həftə də davam edəcəkvə yaxın günlərdə pik həddə çatacağı gözlənilir.
Trend-in “JapanTimes”a istinadən verdiyi məlumata görə, Yaponiya MeteorologiyaAgentliyi ölkə ərazisində temperaturun 38–40°C-yə qədəryüksələcəyini açıqlayıb.
Agentlik vətəndaşlara və dövlət qurumlarına planlaşdırılmıştədbirlərin təxirə salınması və ya ləğv edilməsi barədə tövsiyəverib. Xüsusilə açıq havada keçirilən fəaliyyətlərin azaldılması,susuzlaşma və günvurma risklərinin qarşısının alınması üçünehtiyatlılıq çağırışı edilib.
Yaponiyanın Daxili İşlər Nazirliyinin son məlumatına əsasən,təkcə iyun ayında 17 229 nəfər günvurma diaqnozu ilə xəstəxanayayerləşdirilib. Bu göstərici son 15 ilin ən yüksək rəqəmi hesabolunur. Günvurma nəticəsində 26 nəfər həyatını itirib, 324 nəfərisə ağır vəziyyətə düşüb.
Rəsmilər əhaliyə kölgədə qalmaq, çoxlu su içmək, kondisioneristifadəsi və günorta saatlarında çöldə olmamaq tövsiyələrini birdaha xatırladır.