İngiltərənin Redkar şəhərindəki bir evdə 56 sm uzunluğunda nəhəng siçan tutulub.
News24.az xəbər verir ki, yerli bələdiyyə üzvləri onun kiçik pişik ölçüsündə olduğunu bildiriblər.
Məsləhətçi David Taylor bildirib ki, pulsuz zərərvericilərlə mübarizə xidmətinin ləğvi bu problemin böyüməsinə səbəb olub. Yerli idarəçilər bu məsələnin artıq milli problemə çevrildiyini və təcili tədbirlərin görülməli olduğunu vurğulayıblar.
Ən böyük siçovul rekordu isə 2018-ci ildə 53 sm-lik siçanla Bornmut şəhərində qeydə alınıb. Bu yeni siçan isə rekordu keçə bilər.