ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Napoli"nin hücumçusu Covanni Simeone bu yay komandasını dəyişmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Estadio Deportivo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 29 yaşlı argentinalı daha çox meydanda olmaq üçün "Torino"ya keçəcək. Turin təmsilçisinin baş məşqçisi Marko Baroni futbolçunu öz klubunu seçməyə razı salıb.
Qeyd edək ki, Covanni 2024/25 mövsümündə 33 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu bundan əvvəl "Cenoa", "Fiorentina", "Kalyari" və "Verona"da çıxış edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.